Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 20:50
"Mənim musiqimi sevənlər özləri oxuya bilənlərdir. Diqqət mərkəzində olmaq istəyənlər adımı çəkirlər. Haqqımda yanlış fikir formalaşdırmağa çalışırlar. Səhnə adamına ətrafda daş atanlar olur. Alla Puqaçova, Ajda Pekkanı sevmişəm. Onların ünvanına pis söz yazanda, danışanda onlara qarşı sevgim dəyişmirdi. Yəni kim səni sevirsə, bayağı fikirlərə fikir vermir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Günün sədası" verilişində deyib. Müğənni ünvanına deyilən tənqidlərdən gileylənib:
"Bəxdimə elə düşüb ki, günlərlə, həftələrlə, illərlə mahnılarımı dinləyib, xırdalıqlarımı öyrənənlər, səhnəyə çıxanda kölgəmi qılınclayıblar. Oxuyanlar var ki, söz atır, bilir cavab verməyəcəm. Bu yaxınlarda biri deyir ki, qaçırdım Brilliantın qabağına, "salam" verirdim. Eşidib ki, demişəm, İlhamə Quliyevanın qabağına qaçırdım, məni saymırdı. İndi götürüb bunu mənə edir. Mənim heç tanımadığım "salam" versə, alaram. Elə adamlar var ki, qorxuram onlardan, mənim olduğum atmosferdə olmasınlar".