Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Drenaj şəbəkəsi lildən təmizlənir - VİDEO

Drenaj şəbəkəsi lildən təmizlənir - VİDEO

Tarix: 9 Dekabr 2021 15:12

Şoran torpaqların əkinə yararlı vəziyyətə gətirilməsi, yenidən fermerlərin ixtiyarına verilməsi istiqamətində meliorativ tədbirlər davam edir. Bu yöndə Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər mövsümə uyğun olaraq aparılır. Görülən işlər Mil-Qarabağ Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən reallaşdırılır. Məqsəd kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaq və torpaqların münbitləşməsinə töhfə verməkdir. Hazırda idarənin buldozer, ekskovator və digər texnikaları ərazilərdə bu prosesi həyata keçirir.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, idarənin balansında olan beş ədəd nasos stansiyada, hidrotexniki qurğularda və kollektor-drenaj şəbəkələrində cari təmir işləri uğurla davam edir. Kollektorların mütəmadi olaraq təmizlənməsi torpaqların keyfiyyətinin aşağı düşməsinin qarşısını alır. Görülən işlər nəticəsində Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin xidməti sahəsində olan rayonlarda, uzun illər əkin üçün istifadəyə yararsız torpaqlara taxıl, qarğıdalı, tərəvəz, bostan və digər bitkilər əkilib və bol məhsul əldə edilib.

Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi ölkənin altı rayonuna-Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonlarına xidmət edir.


Etiketlər:  Drenaj şəbəkəsi lildən təmizlənir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ