Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN: ''Cənubi Qafqazda nəqliyyat yollarının açılması istiqamətində addımlar atılır''

Rusiya XİN: ''Cənubi Qafqazda nəqliyyat yollarının açılması istiqamətində addımlar atılır''

Tarix: 9 Dekabr 2021 21:18

"Rusiya həm Bakı, həm də İrəvanla təmasdadır. Biz Cənubi Qafqazda sərhəd mübahisələrinin həlli, nəqliyyat yollarının açılması istiqamətində çalışırıq".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

"Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin tərəflərin sorğusu ilə Rusiyanın da dəstəyilə delimitasiyası, sonra isə demarkasiyası üçün ikitərəfli komissiya yaratmaq istiqamətində işlər görülməlidir" - deyən Rusiya rəsmisi sözügedən komissiyaya hər ölkədən nümayəndə heyətlərinin tezliklə təyin olunmasını gözlədiklərini diqqətə çatdırıb.

O həmçinin bildirib ki, üçtərəfli işçi qrup çərçivəsində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün səylər davam etdirilir.


Etiketlər:  Rusiya XİN Cənubi Qafqazda nəqliyyat yollarının açılması istiqamətində addımlar atılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ