Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO)

Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO)

Tarix: 28 Avqust 2019 20:57

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişində) eyni səviyyəli dəmir yolu keçidinin yeraltı tunellə əvəz olunması prosesinə start verilib.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər.

Bildirilib ki, bununla əlaqədar olaraq, avtomobillərin alternativ yollarla hərəkəti üçün hər cür şərait yaradılıb:

"Hazırda kommunikasiya qurğularının (telefon, qaz, su, kanalizasiya) köçürülməsi və svayların vurulması işləri aparılır. İstinad divarları hazır olan kimi tunelin qazılması prosesi həyata keçiriləcək.

Bu tunelin tikintisi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq. Bilirsiniz ki, bu dəmir yolu keçidindən çoxsaylı marşrut xətləri keçirdi. Günün pik saatlarında, qatarların hərəkəti zamanı, avtomobillər xeyli müddət yolun açılmasını gözləməli olurdular. Tunel istifadəyə veriləndən sonra bu problem də aradan qalxacaq".

Qeyd edək ki, yeraltı tunelin uzunluğu 262 metr, eni isə 15 metr olacaq. Tuneldə avtomobillərin hərəkəti üçün 3 yol ayrılacaq. 2-si Bakıxanovdan Sabunçu istiqamətinə, 1-i isə Sabunçudan Bakıxanov istiqamətinə gedəcək.

İşlər sürətlə davam edir. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında vətəndaşlarımıza məlumat veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO) Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb (FOTO)


Etiketlər:  Sabunçu stansiyasının girişində yeraltı tunelin tikintisinə başlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ