Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 22:34
Rusiyada Salexarddan Moskvaya uçan təyyarə məcburi eniş edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən biri - 1992-ci il təvəllüdlü kişinin özünü pis hiss etməsi olub.
Ekipaj komandiri Sıktıvkar hava limanına məcburi eniş etmək qərarına gəlib.
Hava limanına gələn həkim briqadası xəstənin həyatını xilas edə bilməyib.
Hadisənin təfərrüatları açıqlanmayıb.