Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 08:42
Türkiyə XİN Moskvada keçirilən "3+3" formatının ilk iclası ilə bağlı məlumat yayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, iclasda Türkiyəni nazir müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Məlumata görə, görüşdə regional əməkdaşlığın çoxşaxəli inkişafı ilə bağlı konstruktiv fikir mübadiləsi aparılıb və məsləhətləşmələrin bütün iştirakçıların ümumi marağına səbəb olan praktiki məsələlərə yönəldilməsi razılaşdırılıb.
"Sülhün, sabitliyin və regionda etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar kontekstində ticarət, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və humanitar məsələlərə üstünlük verilməsi müzakirə edilib.
Beş ölkənin nümayəndələri fəaliyyətlərində çevik format qəbul etməyə razılaşıblar və gələcəkdə Gürcüstanın məsləhətləşmələrdə iştirakını arzuladıqlarını bildiriblər.
Sonda qeyd olunub ki, gələcəkdə "3+3" formatında məsləhətləşmə prosedurları xarici işlər nazirlikləri arasında aparılan məsləhətləşmələrlə yekunlaşacaq" - Türkiyə XİN-in məlumatında qeyd olunur.