Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 06:52
Bakı. Trend:
Yaponiyanın şimal prefekturaları Aomori və Hokkaydo yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Milli Meteoroloji İdarəsi xəbər verib.
Məlumata əsasən, sunami təhlükəsi elan edilməyib.
Yeraltı təkanlarının episentri Honsyuvə Hokkaydo adaları arasında Sakit Okeanda, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Zəlzələlər şimal-şərq Honshu bölgəsindəki Akita, İvate və Miyagi prefekturalarında da hiss edilmişdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin