Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 16:06
Arıqlamaq üçün keçirdiyi əməliyyatdan sonra sürətli şəkildə çəki itirməyə başlayan türkiyəli tanınmış müğənni və aparıcı Sərən Sərəngilin vəziyyəti yenidən ağırlaşıb.
Sonxeber.net kult.az-a istinadən xəbər verir ki, xəstəxanaya qaldırılan müğənninin mədəaltı vəzi və qaraciyərinin fəaliyyətinin dayandırmaq üzrə olduğu müəyyənləşib.
Sosial şəbəkə hesabından vəziyyəti ilə bağlı məlumat paylaşan müğənni yenidən əməliyyat olunana qədər venadaxili qidalanmaya davam edəcəyini bildirib:
"Ağızdan qəbul etdiyim nə bir dərman, nə də qida orqanizmimə müsbət təsir edir. Ona görə də venadaxili qidalanmağım məsləhət edildi. Ötən gedə nəfəs ala bilmədim. Bu gün isə daha yaxşıyam. Dualarınız üçün təşəkkür edirəm".