Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 16:32
Kolumbiya çempionatında "Amerika Kali" və "Alyansa Petrolera" komandaları arasında keçirilmiş matçda maraqlı hadisə baş verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi "Alyansa Petrolera"nın oyunçusuna sarı vərəqə göstərmək istəsə də, buna nail ola bilməyib.
Digər komandanın müdafiəçisi Marlon Torres isə bundan yararlanıb və rəqibinə sarı vərəqə göstərib. O, dərhal vərəqəni referiyə qaytararaq oradan uzaqlaşıb. Ədalət təmsilçisi hadisəyə reaksiya verməyib və matç davam edib.
Qeyd edək ki, qarşılaşma "Amerika Kali"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.