Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan Türkiyəyə qarşı həmlə: Yunanıstana 10 milyardlıq dəstək

ABŞ-dan Türkiyəyə qarşı həmlə: Yunanıstana 10 milyardlıq dəstək

Tarix: 11 Dekabr 2021 19:22

ABŞ Dövlət Departamenti Yunanıstana 6,9 milyard dollar dəyərində 4 ədəd həbi gəmi satışını və 2,5 milyard dollarlıq modernizasiyası işlərinə yaşıl işıq yandırıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb.

Dövlət Departamenti bildirib ki, Yunanıstana potensial hərbi gəmilərin satışına icazə verilməsi və mövcud gəmilərin modernləşdirilməsi ilə bağlı bildiriş Amerika Konqresinə təqdim edilib. Təsdiqdə Yunanıstana 6,9 milyard dollar dəyərində 4 ədəd "Meko" sinifli döyüş gəmisinin satışı və 2,5 milyard dollarlıq modernizasiya daxildir.

"Bu satış Avropada siyasi sabitlik və iqtisadi proses üçün mühüm tərəfdaş olan NATO müttəfiqinin təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə dəstək verir",- Departament iddia edib.

Sözügedən satışların həyata keçirilməsi üçün konqresin müvafiq komitələri 30 gün ərzində bu təsdiqlərə etiraz etməməlidir.

Qeyd edək ki, Yunanıstanın son 100 ildə əsas düşməni Türkiyədir və bu heç kim üçün sirr deyil.

Milli.Az


Etiketlər:  ABŞ Türkiyəyə qarşı həmlə Yunanıstana milyardlıq dəstək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ