Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dişlərin müalicəsində YENİLİK

Dişlərin müalicəsində YENİLİK

Tarix: 11 Dekabr 2021 21:03

Dişlərin müalicəsi daha ağrısız olacaq.

Saglamolun.az xarici mediaya istinadən xəbər verir ki, San-Paulu (Braziliya) Universisteti alimləri dişlərin ağrısızlaşdırılması üçün yeni metodika hazırlayıblar. Onlar ağrısızlaşdıran inyeksiyaların əvəzinə ionoforezin istifadəsini təklif edirlər.

İonoforez zamanı elektrik cərəyan istifadə olunur və onun təsirindən anestetik maddə lazım olan nahiyəyə yeridilir. Pasiyent heç bir ağrı və narahatçılıq hiss etmir.

Yeni metodika heyvanların üzərində test olunub və çox yaxşı nəticələr verib. İnyeksiya ilə müqayisədə ionoforez daha güclü ağrısızlaşdırıcı effekt verir və daha təhlükəsizdir.

Alimlərin fikirinə görə, yeni üsul yalnız stomatologiyada deyil, tibbin digər sahələrində də uğurla istifadə oluna bilər.


Etiketlər:  Dişlərin müalicəsində YENİLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ