Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Londonda məhkəmə: oliqarxın keçmiş arvadı ondan 7 milyard dollar tələb edir

Londonda məhkəmə: oliqarxın keçmiş arvadı ondan 7 milyard dollar tələb edir

Tarix: 12 Dekabr 2021 04:34

Rusiyalı milyarder-oliqarx Vladimir Potanin keçmiş arvadı Natalya Potanina ilə London məhkəməsində çəkişir. Buna səbəb milyarderin təxminən 10 il əvvəl boşandığı keçmiş arvadının ona qarşı qaldırdığı təzminat iddiasıdır. Natalya Potanina tələb edir ki, keçmiş ərinin sərvəti yarıya bölünsün və bir hissəsi ona verilsin. Vladimir Potaninin sərvətinin 14 milyard dolları keçdiyi nəzərə alınarsa  bu, 7 milyard dollarlıq iddia deməkdir və tarixdə ən bahalı boşanma təzminatı iddiası hesab edilə bilər.

Vladimir Potanin "Nornikel" şirkətinin səhmdarıdır və digər iri biznes aktivləri var. O, Rusiya məhkəməsinin qərarına əsasən boşandıqdan sonra keçmiş arvadına 82 milyon dollar təzminat ödədiyini bildirir, lakin Natalya iddia edir ki, bu məbləğin ancaq yarısını alıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya hüquqşünaslar Assosiasiyasının üzvü Dmitri Uvarov "Kommersant"a bildirib ki, Potanin keçmiş arvadının Londonda boşanma təzminatı iddiası qaldırmağa hüququ yoxdur. Onun sözlərinə görə, nigahın Rusiyada pozulmasından sonra Natalya Potaninanın London məhkəməsinə müraciət etməsi təsdiqlənərsə o zaman milyarderin əmlakının bölünməsi iddiası təmin olunmaya bilər.

Potaninin aktivləri birbaşa onun öz adına deyil, ofşorlarda qeydə alınmış investisiya fondlarına məxsusdur. Amma London məhkəməsi üçün bu problem deyil, orada investisiya fondlarında gizlədilmiş aktivləri sürətlə aşkar edə bilirlər.

Hüquqşünaslara görə, Natalya Potaninanın məhkəməni udmaq şansları yüksəkdir, lakin London məhkəməsinin qərarının icrasının nə dərəcədə mümkün olacağı aydın deyil. Hər halda qərar Potaninaya problemlər yaradar, məsələn, Böyük Britaniyada "Nornikel"in aktivləri aşkarlansa onların dondurulması baş verə bilər.

Milli.Az


Etiketlər:  Londonda məhkəmə oliqarxın keçmiş arvadı ondan 7 milyard dollar tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ