Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2021 10:42
10:42
Xalq artisti Ramiz Novruz səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: "Ciddi bir şey olsa belə, hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.
Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam."
--------
09:12
Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruzun vəziyyəti ağırlaşıb.
Sonxeber.net APA-ya istinadla xəbər verir ki, bu haqda aktyorun oğlu Cavidan Novruz məlumat verib. O bildirib ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar.
İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub.
Allah şəfa versin.