Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Omicron ştamı deltadan daha sürətli yayılır

ÜST: Omicron ştamı deltadan daha sürətli yayılır

Tarix: 12 Dekabr 2021 21:58

"Omicron ştamı yoluxuculuq baxımından deltanı üstələyir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda bildirilib.

ÜST bu günə olan məhdud məlumat əsasında bu qənaətə gəldiklərini açılayıb.

"Omicron ştamı Cənubi Afrikada da delta variantından daha sürətli yayılır. Eyni zamanda Böyük Britaniyada, həmçinin delta gərginliyi hallarının daha çox olduğu digər ölkələrdə də Omicron sürətlə yayılır", məlumatda vurğulanıb.

Bildirilib ki, hazırda 6 region üzrə 63 dövlətdə Omicron variantı müəyyən edilib: "Ekspertlər bu ştamın şiddətinin profilini anlamaq üçün əlavə məlumat əldə etməyi zəruri hesab edirlər".

Milli.Az


Etiketlər:  ÜST Omicron ştamı deltadan daha sürətli yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ