Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

120 kiloluq qadın 60 kiloqram arıqladı və uğurun sirrini açdı

120 kiloluq qadın 60 kiloqram arıqladı və uğurun sirrini açdı

Tarix: 13 Dekabr 2021 12:50

Amerikanın Minnesota ştatının Şanhassen şəhərinin sakini 120 kiloqram çəkisi olan Sabrina Osland bir il ərzində 59 kiloqram arıqlayıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı qadın bir neçə vərdişi sayəsində buna nail olduğunu açıqlayıb.

Sabrinanın sözlərinə görə, o ailə qurduqdan sonra artıq kilo almağa başlayıb. Onun çəkisi 120 kiloqrama çatıb. Amerikalı daim yolda sağlam olmayan qidalar yeyib və səhhətinə laqeyd yanaşıb.

Bir neçə il əvvəl Osland oğlunu Alyaskaya kruizə aparıb. Ana və oğul ekskursiyalardan birində helikopterlə buzlağa səyahət edib. Lakin xanımın artıq çəkisinə görə uçuş üçün ondan əlavə pul tələb edilib. Bundan sonra o, arıqlamaq üçün daha çox idmanla məşğul olmağa və pəhriz saxlamağa qərar verib.

Bu işdə ona gündəlik vərdişləri kömək olub. Qadın mobil telefonunda xatırlatmalar quraşdırıb və gündəlik olaraq yerinə yetirməyi planlaşdırdığı işlərin siyahısını yazıb. O, siyahısına kifayət qədər su içmək, idman etmək və vitamin qəbul etməyi daxil edib.

Osland gündəlik yarım saatlıq gəzintilərə başlayıb. Zaman keçdikcə gündə bir saat və eyni müddətdə iki dəfə gəzintiyə çıxıb. Sonra trenajor məşqlərini öz proqramına əlavə edib.

O, pəhrizini dəyişib və rahat qidadan sağlam qidaya keçib. Əvvəllər tez-tez qəlyanaltı kimi çips, axşam yeməyində isə pizza yeyən xanım onları tərəvəz və  salatlarla əvəz edib.

Xüsusi təlimçi və qrupla məşqlər qadına bir il ərzində 60 kiloqram arıqlamağa kömək edib.

İndi Sabrina daha aktiv həyat tərzi keçirir və arıqlamaq istəyən digər insanlara da həyat tərzini dəyişməyə kömək edəcək sağlam vərdişlər formalaşdırmağı tövsiyə edir.


Etiketlər:  kiloluq qadın kiloqram arıqladı uğurun sirrini açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ