Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" pley-offda bu komandaya RƏQİB OLDU

Tarix: 13 Dekabr 2021 17:18

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Milli.Az xəbər verir ki,İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibinin də adına aydınlıq gəlib. Səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisinin rəqibi (səpələnməmişlər səbətində yer alan 8 komandadan biri, Avrop Liqasının qrup üçüncüsü - red.) Fransa təmsilçisi "Olimpik Marsel" olub.

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Qarabağ pley offda bu komandaya RƏQİB OLDU


RƏYLƏR