Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzünüzü alma sirkəsi ilə silin ki...

Üzünüzü alma sirkəsi ilə silin ki...

Tarix: 14 Dekabr 2021 07:12

Çoxları alma sirkəsinin saçlara müsbət təsir göstərdiyini bilir. Amma onun dəri üçün də faydası da şübhəsizdir.

Kosmetoloqlar dəri problemləri olanlara  bu məhsuldan faydalanmağı tövsiyə edir.

Alma sirkəsinin tərkibində ölü hüceyrələri təmizləyib dərini yeniləyən alfa-hidroksid turşusu var. Yeri gəlmişkən, bu komponentdən tanınmış markaların bahalı kosmetik vasitələrində də istifadə olunur, lakin o, alma sirkəsində daha çoxdur.

Alma sirkəsinin dəriyə faydalarını saymaqla bitməz. Belə ki, dəri yağlılığını tənzimləyib normallaşdırır, antibakterial xüsusiyyətlərə malikdir, dərini nəmləndirir.

Alma sirkəsini qaynanmış su ilə qarışdırıb pambıq disklərlə üzünüzü silin.

Sirkə piqment ləkələrini də dəridən təmizləyir. Bunun üçün sirkəli pambıq disklərini piqment ləkələrinin üstünə qoyub, 20-30 dəqiqə saxlamaq lazımdır.

Nəzərə alın ki, mağazalarda satılan sirkələr dəridə qıcıqlanmaya səbəb ola bilər. Odur ki, yalnız təbii alma sirkəsindən istifadə edin.


Etiketlər:  Üzünüzü alma sirkəsi ilə silin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ