Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çay və kanallarda meliorativ tədbirlər - VİDEO

Çay və kanallarda meliorativ tədbirlər - VİDEO

Tarix: 14 Dekabr 2021 15:42

Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər çərçivəsində rayon ərazisində əkin sahələrinin suvarılmasında istifadə olunan torpaq məcralı kanallar lildən təmizlənib. Ümumilikdə idarə tərəfindən bu il suvarma kanallarında 424,8 min kubmetr lildən təmizləmə işləri görülüb. Bundan başqa su itkisinin qarşısının alınması və minumuma endirilməsi məqsədilə kanallara beton üzlük çəkilib ki, bu da suvarma suyunun daha itkisiz olaraq su istifadəçilərinə çatdırılmasına səbəb olub. Belə kanallardan biri də hazırda rayon ərazisindən keçən Qandax kanalıdır. Hazırda kanalın beton üzlüyə alınması işləri davam edir.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci il üçün təsdiqlənmiş istismar tədbirləri plana uyğun olaraq Zaqatala Suvarma Sistemləri İdarəsi rayon ərazisindən axan mövcud çaylarda selə qarşı mübarizə tədbirləri çərçivəsində çay yataqlarının təmizlənməsi və sahilbərkitmə işlərinin görülməsini həyata keçirir. Bu günə qədər Muxax çay sistemi üzrə 510,7 min kubmetr, Tala çay sistemi üzrə 149,2 min kubmetr, Katex çay sistemi üzrə 25 min kubmetr, Bəkməz çay sistemi üzrə 81,4 min kubmetr, Micqar çay sistemi üzrə isə 21,5 min kubmet məcra təmizləmə işləri aparılıb.

Qeyd edək ki, bu il Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarında, o cümlədən çay məcralarında görülən işlərlə yanaşı rayon ərazisindən axan və sel təhlükəsi yaradan çayların sağ və sol sahillərində daş-beton bəndlərin quraşdırılma işləri də davam etdirilib.


Etiketlər:  Çay kanallarda meliorativ tədbirlər VİDEO


RƏYLƏR