Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada doğum səviyyəsi son 160 ilin minimumuna enib

İtaliyada doğum səviyyəsi son 160 ilin minimumuna enib

Tarix: 15 Dekabr 2021 22:12

İtaliyanın Milli Statistika İnstitutu (ISTAT) ölkədə doğum nisbətlərinin son 160 ilin ən aşağı səviyyəsinə düşdüyünü və bu azalmanın ilbəil davam etdiyini açıqlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ISTAT ölkədə doğum nisbətlərindəki azalmanın ardıcıl 12-ci ildir davam etdiyini bildirib. Belə ki, ötən il İtaliyada 404 min 892 uşaq doğulub, bu da əvvəlki illə müqayisədə 15 min 192 nəfər azdır. Cari ilin yanvar-sentyabr aylarında isə keçən ilin eyni dövrünə nisbətən doğulan körpələrin sayı 12,5 min azalıb.

Əhalisinin sayının 59,3 milyon nəfərə düşdüyü İtaliyada 2020-ci ildə 746 min 146 nəfər dünyasını dəyişib.


Etiketlər:  İtaliyada doğum səviyyəsi ilin minimumuna enib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ