Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstədiyim komandanı görürəm'' - Rəşad Sadıqov

''İstədiyim komandanı görürəm'' - Rəşad Sadıqov

Tarix: 16 Dekabr 2021 21:50

"Futbolçularımın çıxışından çox razı qaldıq. Əzmkar və inamlı oyun oldu. Bizə yaraşmayan səhvlərdən qol buraxdıq. "Ucuz qol"ların acısını çəkdik. Oyunu təhlil edəcəyik. Rəqibdən çəkinmirdik. "Qarabağ" öz meydanında inamlı oynayır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətə baxmayaraq, meydanda istədiyi komandanı görüb: "Faizə bölməyəcəyəm. Xüsusilə, bugünkü oyunda yaxşı çıxış etdik. Rəqibin təzyiqindən çıxa bildik. Yaxşı hücumlarımız olsa da, dəyərləndirə bilmədik. İstədiyim komandanı görürəm. İki dövrəyə 22 xal toplamışıq. Bu, yaxşı göstəricidir. Son iki oyundur məğlub oluruq. Ötən oyunda məğlubiyyətə layiq deyildik".

Geniş heyət istədiyini deyən Sadıqov hücum xəttindəki problemlərə diqqət çəkib: "İstəyirəm ki, transfer olsun. Ürəyimcə olmayan futbolçunu komandaya götürməyəcəyəm. Zədələnən Nemanya Andelkoviçin yerinə futbolçu gətirməyi düşünürük. 4 ay bizimlə olmayacaq. Bu mövqeyi gücləndirmək istəyirik. Anatole Abanqın bizə keçidi gözlənilmir".

Baş məşqçi azarkeşlərin "Rəşad milliyə" şüarlarına isə belə reaksiya verib: "Diqqətim oyunda idi, buna fikir vermirdim".

Milli.Az


Etiketlər:  İstədiyim komandanı görürəm Rəşad Sadıqov


RƏYLƏR