Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 07:33
Osteoxondroz çox yayılmış xəstəlikdir. Bu xəstəlik zamanı onurğa sütununun fəqarələri deformasiyaya olunur ki, nəticədə onların arasında keçən sinirlər sıxılır.
Bu isə ağrılara və müxtəif digər pozulmalara səbəb olur.
Ağ şam ağacı yağı osteoxondrozun müalicəsində çox geniş istifadə olunur. Bu yağ osteoxondroz zamanı ağrıları, ödemi və iltihabı azaldır, yerli qan dövranını yaxşılaşdırır.
Osteoxondroz zamanı ağ şam ağacı yağı massaj zamanı istifadə olunur. Bunun üçün 10 damcı yağ massaj üçün istifadə olunan vasitəyə (yağ, krem və s.) əlavə olunur.
Həmçinin ağ şam ağacı yağını kompress şəklində də istifadə etmək olar. Bunun üçün 10 damcı yağ pambıq parçaya damızdırılır və ağrıyan yerə qoyulur.
Şam ağacı yağını müalicəvi vannalara da əlavə etmək olar. Bunun üçün 10-15 damcı yağ yarım stəkan südə əlavə olunur, qarışdırılır, vannaya tökülür (su ilıq olmalıdır - 38 C). Belə vannanı 30 dəqiqə ərzində qəbul edin.