Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan yeni konstitusiya ilə bağlı hərəkətə keçdi

Paşinyan yeni konstitusiya ilə bağlı  hərəkətə keçdi

Tarix: 18 Dekabr 2021 07:58

Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il fevralın 12-də yaradılmış konstitusiya islahatları üzrə peşəkar komissiyanın buraxılması və Konstitusiya İslahatları Şurasının yaradılması haqqında fərman imzalayıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şuraya ədliyyə naziri sədrlik edəcək.

Üzvlər isə razılığa əsasən Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri, hüquq müdafiəçisi, parlmentdəki fraksiyaların hər birindən bir deputat, Ali Məhkəmə-Hüquq Şurasından bir nümayəndə, parlamentə daxil olmayan partiyalardan üç nümayəndə və ölkədə qeydiyyatdan keçmiş ictimai təşkilatlardan daha 3 nümayəndə olacaq.

Bundan başqa, ədliyyə nazirinin təklifi ilə şuranın tərkibinə beş ildir ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların iki nümayəndəsi (məsləhətçi səs hüququ ilə) daxil edilə bilər.

Şura müsabiqə əsasında beş nəfərdən (hüquq elmləri doktoru və ya namizədi, yaxud hüquq elmləri namizədi, yaxud xarici dövlətin hüquq elmləri üzrə magistr dərəcəsi olan, ən azı 7 il iş təcrübəsi olan hüquqşünaslardan) ibarət konstitusiya islahatları üzrə peşəkar komissiya təşkil edəcək.

Nazir bir ay müddətində Konstitusiya İslahatı Şurasının yaradılması ilə bağlı qərar layihəsini hazırlayıb Baş Nazirin aparatına təqdim etməli, onun tərkibini və fəaliyyət qaydasını təsdiq etməlidir.


Etiketlər:  Paşinyan yeni konstitusiya ilə bağlı hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ