Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Vaşinqton “Taliban”a tələb irəli sürdü

Rəsmi Vaşinqton “Taliban”a tələb irəli sürdü

Tarix: 18 Dekabr 2021 11:56

ABŞ hökuməti Əfqanıstan sakinlərinə humanitar yardım göstərməyə hazırdır, lakin ölkədə nəzarəti ələ keçirən radikal "Taliban" hərəkatından öhdəliklərin yerinə yetirilməsini tələb edir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Biz Əfqanıstana dəstək göstəririk. ABŞ Əfqanıstan üçün ən böyük ianəçidir. Son bir neçə ay ərzində BMT və qeyri-hökumət təşkilatlarının xətti ilə Əfqanıstandakı humanitar ehtiyaclara yarım milyard dollardan artıq vəsait ayırmışıq", - deyə o qeyd edib.

Sallivan xatırladıb ki, Vaşinqton BMT-nin strukturlarına və qeyri-hökumət təşkilatlarına əfqanlara humanitar yardım göstərilməsində mane olmur.

"Biz, həmçinin "Taliban"la danışırıq, onlara bildiririk ki, əgər onlar hər hansı bir ölkədən, o cümlədən ABŞ-dan birbaşa yardım almaq istəyirlərsə, əsas öhdəlikləri, beynəlxalq humanitar öhdəlikləri, insan hüquqlarına aid öhdəlikləri və terrorizmə qarşı mübarizə məsələlərində öz öhdəliklərini yerinə yetirməlidirlər", - deyə Sallivan əlavə edib.


Etiketlər:  Rəsmi Vaşinqton Talibana tələb irəli sürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ