Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 14:08
Koronavirusa kütləvi yoluxma səbəbindən bir çox futbolçunun xidmətindən məhrum olan İngiltərə "Tottenhem"inin baş məşqçisi Antonio Konte məşq zamanı onları əvəzləmək üçün maraqlı üsula əl atıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə italiyalı mütəxəssis "Daily Mail" nəşrinə açıqlama verib. O, infeksiyaya yoluxmuş oyunçuların əvəzinə manekenlərdən yararlandığını söyləyib.
Konte bildirib ki, bu şərtlər altında növbəti oyunlara hazırlaşmaq asan deyil: "Əvvəlcə 12 futbolçu ilə məşq etdik. Adətən hazırlıq üçün 20 oyunçu lazım olur. Sayı düzəltmək üçün manekenlərin xidmətindən yararlanmalı oldum".
Qeyd edək ki, yoluxma səbəbindən "Tottenhem"in bir neçə oyunu təxirə salınıb.