Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 22:18
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 191 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bu günki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 342 183 nəfərin test edildiyi, 17 644 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 568 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 122 625 349 peyvənd tətbiq edilib ki, bunun 91,27 faizi birinci, 82,39 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.