Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu 2 tərəvəz ən güclü xərçəng əleyhinə təsirə malikdir

Bu 2 tərəvəz ən güclü xərçəng əleyhinə təsirə malikdir

Tarix: 19 Dekabr 2021 02:03

Fransa alimləri araşdırmalar zamanı aşkar ediblər ki, tərəvəzlər arasında soğan və sarımsaq ən güclü xərçəng əleyhinə təsirə malikdir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin fikrinə görə, bu 2 tərəvəzin tərkibində olan bəzi maddələr xərçəngin yayılmasını ləngidir, xərçəng şişlərinin ölçülərini kiçildir.

Həmçinin bu bioloji aktiv maddələr xərçəng hüceyrələrinin özü özünü məhv etmək prosesini (buna "apoptoz" deyilir) aktivləşdirir.

Bütün bunlar soğan və sarımsağın güclü xərçəng əleyhinə təsirini təmin edir.

Araşdırmalar göstərib ki, soğan növləri arasında qırmızı soğan ən güclü xərçəng əleyhinə təsirə malikdir. Bu 2 tərəvəzi çiy halda yemək daha faydalıdır. Sarımsağı qəbul etdikdən əvvəl əzmək və ya xırda doğramaq lazımdır ki, bu tərəvəzin faydasını artırır.


Etiketlər:  tərəvəz güclü xərçəng əleyhinə təsirə malikdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ