Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Arsenal" 4 qolla qalib gəldi - VİDEO

Tarix: 19 Dekabr 2021 09:38

İngilərə Premyer Liqasında 18-ci tura start verilib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Arsenal" səfərdə "Lids"lə qarşılaşıb. London təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 18-ci turun "Aston Villa" - "Bernli", "Mançester Yunayted" - "Brayton", "Sauthempton" - "Brentford", "Uotford" - "Kristal Pelas", "Vest Hem" - "Norviç Siti" və "Everton" - "Lester Siti" matçları klubların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

18 dekabr

İngiltərə Premyer Liqası, 18-ci tur

"Lids" - "Arsenal" - 1:4
Qollar: Rapinya, 75-pen - Martinelli, 16; 28. Saka, 42. Smit Rou, 84.

Turnir cədvəlinə 41 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 40 xalla 2-ci, "Çelsi" 37 xalla 3-cü, "Arsenal" 32 xalla 4-cüdür.

Milli.Az


Etiketlər:  Arsenal 4 qolla qalib gəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ