Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 12:15
Qalxanabənzər vəzin (zob) düzgün işləməsi üçün bir sıra yodla zəngin qidalar lazımdır.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq İrina Rıl danışıb.
O yod çatışmazlığına görə faydalı qidalar barədə məlumat verib.
"Qalxanabənzər vəzin normal fəaliyyəti üçün yod lazımdır. Biz onu dəniz yosunu, dəniz məhsulları, dəniz balığı, feyxoa, xurma, qozdan ala bilərik", - Rıl qeyd edib.
Dietoloq əlavə edib ki, hormonların normal istehsalı üçün tirozin lazımdır: "Bu amin turşusu avokado, kivi, əncir, ərik, bananda olur. Selenium T3 və T4 hormonlarının istehsalı üçün lazımdır. Tərkibinə görə lider Braziliya qozudur".