Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Virusoloq koronavirusun təkamülü üçün ən təhlükəli ssenarini açıqlayıb

Virusoloq koronavirusun təkamülü üçün ən təhlükəli ssenarini açıqlayıb

Tarix: 19 Dekabr 2021 14:46

Əgər koronavirus T-limfositlərə hücum etməyi öyrənsə, o, immun sistemini "söndürə" biləcək.

Koronavirusun immun sisteminin müəyyən hüceyrələrinə hücumu COVID-19-un ən təhlükəli mutasiyasına səbəb olacaq.

Milli.Az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə allergoloq-immunoloq Vladimir Bolibok "URA.RU"ya müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, söhbət koronavirusun RNT viruslarına aid olan HİV hüceyrələri ilə birləşməsindən gedir.

"Əgər koronavirus T-limfositlərə hücum etməyi öyrənsə, o, immun sistemini "söndürə" biləcək və o zaman insan sağala bilməyəcək", - deyə həkim izah edib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, 267 milyon virusa yoluxan xəstə var, onlardan 5,2 milyonunu xilas etmək mümkün olmayıb. Ən çətin vəziyyət ABŞ, Hindistan, Braziliya və İngiltərədədir. Rusiya bu siyahıda beşinci yerdədir.

Milli.Az


Etiketlər:  Virusoloq koronavirusun təkamülü üçün ən təhlükəli ssenarini açıqlayıb


RƏYLƏR