Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 22:36
2021-ci ildə Çində kompüter oyunlarının satışından əldə edilən ümumi gəlir 296,5 milyard yuan (46,6 milyard dollar) təşkil edib ki, bu da ötən illə müqayisədə 6,4 faiz çoxdur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Çinin Audiovizual və Rəqəmsal Nəşrlər Assosiasiyasının Quançjou şəhərində keçirilən illik Çin Oyun Sənayesi Konfransında təqdim etdiyi məruzədə deyilir.
Məlumata əsasən, Çində hazırlanan oyunların xarici bazardakı satışları bu il 16,59 faiz artaraq 18,01 milyard yuan gəlir əldə edib. Bu oyunların daxili bazardakı satışlarından əldə olunan gəlirin həcmi isə il ərzində 6,51 faiz artaraq 255,81 milyard yuana çatıb. Ölkədə oyun məhsullarından istifadə edənlərin ümumi sayı ilin sonuna qədər 666 milyon nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 0,22 faiz çoxdur.
Qeyd edək ki, Çin dünyanın ən böyük kompüter oyunları bazarına sahibdir. Rəsmi məlumatlara görə, 2018-ci ildə bu ölkədə oyun bazarının həcmi 231 milyard yuan (36,3 milyard dollar), 2020-ci ildə isə 300 milyard yuan (47,1 milyard dollar) təşkil edib. Proqnozlara görə, 2021-ci ildə Çinin bu sahədən əldə etdiyi gəlir 321 milyard yuanı (50,4 milyard dollar) keçəcək.