Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 18:35
Müğənni Xatirə İslam aparıcı Zaur Kamalla küsülülüyə son qoyub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi ad gününü qeyd edən Zaurun fotosunu yayımlayaraq, onu təbrik edib.
"Nə olursa olsun səni çox istəyirəm. Ad günün mübarək, hər zaman sağlam və xoşbəxt ol, Zaurum" deyə, Xatirə bildirib.
Qeyd edək ki, Xatirə və Zaur bir müddət əvvəl açılışlardan birində üz-üzə gəlmiş, aparıcı foto çəkdirərək yayımlamışdı. Müğənni ilə aparıcı arasındakı incikliyə səbəb Xatirənin efirlərə getmək üçün telekanal rəhbərlərindən qonorar istəməsi olub. Zaur onun bu istəyinə münasibət bildirərkən "Yaxın 3-4 ildə Azərbaycanda bu cür sistem ümumiyyətlə gözlənilməsin. Bu mövsüm Xatirəni bircə dəfə efirə çağırdıq, onda da dedi ki, kökəlmişəm, arıqlayım gələcəm. Şəxsən mən pulla Xatirəni verilişimə dəvət etmərəm. Bu istək normal deyil. Onda gərək aparıcı da müğənnini efirdə istədiyi kimi istifadə etsin. Qonorar verirəmsə, onda gərək müğənni şou göstərsin, canlı oxusun" sözlərini söyləyib.
Xatirə isə ona cavabında "Zaur, amma bir dəfə yox, dəfələrlə çağırmısan. Deyirsən, qonorar verilsə, telekanal da müğənnidən istədiyi kimi istifadə edəcək. Necə? Nə mənada və nə məqsədlə demisən? Bilirəm, pis mənada deməzsən, amma yaxşı mənası da yoxdur. Müğənni demir ki, mənə qonorar ödə, ağzına gələni de. Müğənni oxuduğu məhsula, çəkdiyi əziyyətə görə pul istəyir. İ̇ndiyənə qədər istədiyini alçaldıb, biabır etmisən. Nə gəldi danışmısan. İndi gör onlara nə qədər borcun var. Onları qonorar ödəmədən etmisən" sözlərini deyib.