Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 03:06
Bu yabanı bitki geniş müalicəvi xüsusiyyətlərə malikdir. Onun müxtəlif adları var - "ayı soğanı", "ayı sarımsağı", "çöl sarımsağı".
Ayı sarımsağı karotin, C vitamini, fol turşusu, fitonsidlər, əfir yağları ilə zəngindir.
Saglamolun.az bildirir ki, ayı sarımsağının bu kimi faydalı xüsusiyyətləri var:
- qanın tərkibini yaxşılaşdırır
- bağırsaqlara antiseptik təsir edir - burada yaşayan ziyanlı mikroorqanizmləri öldürür
- həzm proseslərini və iştahanı yaxşılaşdırır
- damarlarda xolesterolun yığılmasının qarşısını alır
- ağız mikroflorasını yaxşılaşdırır
- ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normallaşdırır
- sinir sistemini möhkəmləndirir
- cinsi gücü artırır
- orqanizmdə iltihabı azaldır, revmatizm zamanı faydalıdır
- qurdları öldürür
- avitaminozun qarşısını alır, immuniteti möhkəmləndirir.