Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada girov götürülən azərbaycanlı qaçdı: Həsənov və Quliyev həbsdə

Rusiyada girov götürülən azərbaycanlı qaçdı: Həsənov və Quliyev həbsdə

Tarix: 21 Dekabr 2021 13:56

Rusiyanın Novosibirsk vilayəti Berdsk şəhər məhkəməsi iki azərbaycanlı Ramiz Həsənov və Hüseyn Quliyev barəsində hökm çıxarıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onlar adam oğurluğunda ittiham olunurlar. İstintaq sübut edib ki, onlar Səfərov soyadlı başqa bir azərbaycanlını oğurlayaraq onu girov götürüblər. Səfərovun bu adamlara 1.8 milyon rubl (təxminən 41 min 400 manat) borcu olub. Amma o, borcu qaytara bilməyib.

Nəticədə pullarını geri almaq üçün Quliyev və Həsənov Səfərovu girov götürmək qərarına gəlib. Onu vilayətin Akademiqorsk şəhərinə aparıb, yaxınlarına mənsub mənzillərin birində gizlədiblər. Amma Səfərov girovluqdan qaçaraq Azərbaycana gələ bilib.

Məhkəmənin qərarı ilə Ramiz Həsənov 5 il 5 ay, Hüseyn Quliyev isə 6 il müddətinə, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzalarını çəkməklə azadlıqdan məhrum ediliblər.

Milli.Az


Etiketlər:  Rusiyada girov götürülən azərbaycanlı qaçdı Həsənov Quliyev həbsdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ