Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən bahalı futbolçusuna özündən böyük tort hədiyyə edildi

Dünyanın ən bahalı futbolçusuna özündən böyük tort hədiyyə edildi

Tarix: 21 Dekabr 2021 17:44

Kilian Mbappe 23 yaşını qeyd edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, PSJ-nin forvardı "Instagram"da ad günü mərasimindən foto paylaşıb. Doğum günü tortunun futbolçunun özündən yüksək olduğu ortaya çıxıb.

Qeyd edək ki, "Transfermarkt"ın analitikləri Mbappeni dünyanın ən bahalı futbolçusu adlandırırlar. Onun dəyəri 160 milyon avro qiymətləndirilir.

Mbappenin PSJ ilə müqaviləsi 2021/2022-ci il mövsümünün sonunda başa çatır və Kilian yenilənmək barədə hələ qərar verməyib. Onun "Real"a keçməsi istisna olunmur.

Bir müddət əvvəl Mbappe ulduz komanda yoldaşı Messinin rekordunu qırıb. Kilian Çempionlar Liqasında 30 qol vuran ən gənc futbolçu olub.

Milli.Az


Etiketlər:  Dünyanın bahalı futbolçusuna özündən böyük tort hədiyyə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ