Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 08:18
ABŞ-ın hökumətlərarası və özəl müqavilələr çərçivəsində silah ixracının həcmi 2021-ci maliyyə ilində 138 milyard dollara düşüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu göstərici ABŞ Dövlət Departamentinin yaydığı məlumatda öz əksini tapıb.
Statistik məlumatlara görə, 2021-ci ildə Dövlət Departamentinin silah tədarükü üçün təsdiq etdiyi hökumətlərarası təmasların ümumi məbləği 34,81 milyard dollar, özəl sektorda analoji müqavilələrin məbləği isə 103,4 milyard dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci maliyyə ilində bu rəqəmlər müvafiq olaraq 50,78 milyard dollar və 124,3 milyard dollar olub. Beləliklə, ümumi məbləğ təxminən 175 milyard dollar olub, yəni ixrac həcmlərində təxminən 21% azalma müşahidə olunub.