Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Liverpul”dan inanılmaz GERİ DÖNÜŞ - VİDEO

“Liverpul”dan inanılmaz GERİ DÖNÜŞ - VİDEO

Tarix: 23 Dekabr 2021 15:32

Dekabrın 22-də, Liverpuldakı "Enfild" stadionunda "Lester"lə İngiltərə Liqa Kubokunun 1/4 final oyunu keçirilib.

Milli.Az xəbər verir ki, artıq görüşün 13-cü dəqiqəsində qonaqların Ceymi Vardinin dəqiq zərbələrindən sonra "Liverpul" 0:2 geri düşüb.

Oksleyd-Çemberlen bir neçə dəqiqə sonra hesab arasındakı fərqi azaldıb. Ancaq 33-cü dəqiqədə "Lester"in yarımmüdafiəçisi Meddison "Liverpul"un qapısına 3-cü qolu vurub. 

İkinci hissədə Yurqen Klopp mübarizəni təcili xilas etməli olub və fasilədən sonra üç "təzə" oyunçunu meydana buraxıb.

Almaniyalı məşqçinin "şok terapiyası" öz nəticəsini verib. Oyunun 68-ci dəqiqəsində Dioqa Jota fərqi 2:3-ə çatdırıb.

Əlavə edilmiş 5-ci dəqiqədə isə "Liverpul"un futbolçusu Minamino fərqlənib və hesab bərabərləşib - 3:3.
 Penaltilər seriyasında bəxt Yurqen Kloppun tərəfində olub - 5:4.

"Lester" turniri tərk edib, "Liverpul" isə nüfuzlu kubok uğrunda mübarizəni davam etdirəcək.

Milli.Az


Etiketlər:  Liverpuldan inanılmaz GERİ DÖNÜŞ VİDEO


RƏYLƏR