Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gömrükçü idmançımız dünya rekorduna imza atıb - FOTO

Gömrükçü idmançımız dünya rekorduna imza atıb - FOTO

Tarix: 23 Dekabr 2021 17:46

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Pauerliftinq" idman növü üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks birliyinin əməkdaşı Ramin Süleymanzadə dünya rekordunu təzələyərək qızıl medal qazanıb. 60 kq çəkidə yarışlarda iştirak edən Ramin Süleymanzadə "Pauerliftinq" idman növünün "Squat" hərəkətində 160 kq, "Benchpress" hərəkətində 116 kq və "Deadlift" hərəkətində 206 kq qaldıraraq yeni dünya rekorduna imza atıb. Həmçinin, idmançımız 3 hərəkətin cəmində 482 kq toplayaraq yeni dünya rekorduna adını yazdırıb.

Xatırladaq ki, Ramin Süleymanzadə Vətən müharibəsinin iştirakçısıdır.

Milli.Az


Etiketlər:  Gömrükçü idmançımız dünya rekorduna imza atıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ