Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Energetikası güclü olan insanın 7 əlaməti

Energetikası güclü olan insanın 7 əlaməti

Tarix: 23 Dekabr 2021 22:12

Energetik güclü insan fiziki və ruhən sağlam, güclü, irəli gedən, ətrafını da arxasıyca aparan, daim müsbət enerjili və güclü auralı insanlardır.

Sonxeber.net medicina.az-a istinadən güclü energetikaya malik olmanı göstərən əsas əlamətləri təqdim edir. Əgər bunlardan ən azı 4-ü sizdə varsa, sevinmək olar. Əgər ətrafınızda kimdəsə belə əlamətli insanlar varsa, onlara yaxın ola bilərsiz.

Enerjisi güclü insanları başqalarından fərqləndirən 7 amil:

- Aurası təmizdir, çakraları işləyir, bu adamlar nadir halda xəstələnir

Əgər bir insanın aurası dəlik-deşikdirsə, onun enerjisi axacaq. O tez yorulur, başı ağrıyır, əzgin olur, xəstələnir.

- İşlərində uğurludur. Energetik güclü insanların şansı çox olur. Onlar bəzən manesiz, zəhmətsiz işlərini uğurla başlayır. Onlarla işləyən insanlar da bu uğurdan pay alır

- Üzü aydın, biosahəsi pozitiv saçır. Onun yanında insan rahat olur, ruhlanır, iş görür, ideyalar gəlir, yaratmaq istəyir. Belə adama aşiq olurlar.

- Yüksək energetikalı insanların gündəlik, illik problemləri az olur, kiçik problemlərdən isə danışmır, həyatın pis olması barədə heç vaxt düşünmür.

- - Energetikası təmiz insanlar liderdir. Hətta aşağı vəzifəli işdə olsa da, onunla hesablaşırlar. Kollektivin sevimlisi olur

- O, fiziki təsirlərə dözümlüdür, bədəni sağlamdır, qaməti yaxşıdır, başı yuxarıdır. Yorulmur. Amma həyat tərzi də normaldır.

- 7-ci əlamət - O, yenilik, dəyişikliklərə açıqdır. Eksperimentlərdən qorxmur, əhatəsini genişləndirir. Bu insanlar ünsiyyətə açıqdır.


Etiketlər:  Energetikası güclü olan insanın əlaməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ