Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stoltenberq: "NATO-nun genişlənməsi davam edəcək"

Stoltenberq:

Tarix: 23 Dekabr 2021 22:38

"NATO-nun genişlənməsi davam edəcək və alyans heç vaxt bunun əksi barədə bəyanat yaymayıb".

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibəsində bildirib.

"NATO heç vaxt genişlənməyəcəyinə söz verməyib. Hətta bizim təşkilatın təsis müqaviləsində deyilir ki, hər bir Avropa dövləti alyansa üzv ola bilər", - Stoltenberq bildirib.

Onun sözlərinə görə, 1970 və 1990-cı illərdəki Helsinki Yekun Aktı, Paris Xartiyası, Rusiya-NATO-nun təsis aktı və bir çox başqa müqavilələr hər bir dövlətin öz müqəddəratını sərbəst şəkildə təyin edə biləcəyini açıq şəkildə göstərir.

Milli.Az


Etiketlər:  Stoltenberq NATO nun genişlənməsi davam edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ