Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 22:44
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 168 nəfər dünyasını dəyişib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 355 753 nəfərin test edildiyi, 18 771 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 21 605 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 127 285 128 peyvənd tətbiq edilib ki, bunun 91,43 faizi birinci, 82,68 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.