Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 16:20
Azərbaycanda 47 il müəllim işləmiş Ağdaş sakininin pensiyası düzgün hesablanmayıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Ağdaş rayonunun 70 yaşlı sakini Gülşən Əfəndiyevanın əmək müqaviləsinə 2017-ci ildə yaş həddinə görə xitam verilib. İbtidai sinif müəlliməsi işləmiş Gülşən Əfəndiyeva pensiya almaq üçün sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə təqdim edib. Hazırda 370 manat pensiya alan müəllimənin iddiasına görə, pensiya təyin olunarkən ona düşən məbləğin 55 manatı kəsilib.
Gülşən Əfəndiyevanın sözlərinə görə, dörd ildir ki, dəfələrlə rayon təhsil şöbəsinə və Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə müraciət edir. Ancaq probemini həll edən yoxdur.
Məsələ ilə bağlı Ağdaş rayon təhsil şöbəsinin mühasibi Şəfaqət İbrahimova "Xəzər Xəbər"ə bildirdi ki, Gülşən Əfəndiyevanın qarşılaşdığı problemdən xəbərdardırlar. Artıq bununla bağlı digər aidiyyəti qurumlara müraciət olunub. Yaxın vaxtlarda sözügedən məsələ öz həllini tapacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: