Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA növbəti dəfə ''Qarabağ''la bağlı paylaşım etdi

UEFA növbəti dəfə ''Qarabağ''la bağlı paylaşım etdi

Tarix: 25 Dekabr 2021 10:30

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, postda "Qarabağ" üçün oynayan sevdiyiniz futbolçu kimdir" sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin əksəriyyəti Abdullah Zubiri fərqləndirib. Bundan əlavə, şərhlərdə komandanın sabiq oyunçularının adları da yazılıb.

Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. "Köhlən atlar" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.


Etiketlər:  UEFA növbəti dəfə Qarabağla bağlı paylaşım etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ