Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 26 Dekabr 2021 02:03
Kovid infeksiyası kişilərdə spermanın səviyyəsinə mənfi təsir edir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Belçikanın elmi institutunun apardığı son elmi tədiqiqatda kovidə yoluxmuş kişilərin ata olmaq şansı yoxlanılıb.
120 nəfər kovid olub sağalmış kişidən götürülmüş sperm nümunələri araşdırılıb. Kişilərin yaşı 30-35 yaş aralığında olub.
Sperm analizi xəstəlikdən 50 gün sonra götürülüb.
Baxmayaraq ki, spermdə heç bir virus hissəciyi, qalığı aşkarlanmayıb, əvəzində keyfiyyət və hərəkətlilik pozulmuş olub.
Sperm hərəkətliliyi koviddən sağaldıqdan 2-3 ay sonra tədricən bərpa olmağa başlayıb.
Alimlər hesab edir ki, bu səbəbdən kovid keçirmiş kişilərin sağaldıqdan sonrakı 3-5 ay ərzində ata olmaq şansı çox aşağı olur.
Ona görə 4-5 ay tam bərpanı gözləmək lazımdır. İstisna deyil ki, 1-2% kişilərin reproduktiv sağlamlığı heç bərpa olmaya bilər.
Milli.Az