Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 04:03
2050-ci ilə qədər hava, su və torpaq çirklənməsini Avropada insan sağlamlığına zərər verməyəcək səviyyəyə endirmək hədəflənir.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, bununla bağlı layihə çərçivəsində ictimaiyyətin maarifləndirilməsi, modelləşdirmə tədqiqatları və təsirin azaldılması tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
Avropa Komissiyasının Təmiz Hava Siyasəti Departamentindən Vanda Cakir açıqlamasında 2050-ci ilə qədər hava, su və torpaq çirklənməsinin insan sağlamlığına zərər verməyəcək səviyyəyə endiriləcəyini və həmin ilə qədər sıfır çirklənmə hədəfləndiyini bildirib.
Layihədə Avropa Birliyində 52 min sənaye obyekti olduğuna və bu obyektlərin hava, su və torpaq çirklənməsi kimi risklərinə də diqqət çəkilir.