Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 00:15
"Facebook"da "Şəbəkə" səhifəsi maraqlı iddia ilə çıxış edib.
Sonxeber.net yazını dəyərli oxucularımıza təqdim edir ki, siz də ayıq-sayıq olasınız.
"Şəbəkə"nin yazdığı mətndə deyilir:
"Bu gənc qadın deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstagram-da Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" adı ilə 400-500 AZN-ə satır. Sonra da camaatı inandırmaq üçün fake profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: "xəyallarınızı reallarınız edirəm". Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun", - deyə səhifə izləyicilərini aldanmamağa çağırıb.
Dələduzluqda ittiham olunan "Life coach" Azerina haqqında yayılan məlumatlara səthi münasibət bildirib.
O, instaqramda video paylaşaraq bu ittihamların əsassız olduğunu söyləyib:
"Bundan sonra görərsiniz ki, Azerina kimdir və siz kiminlə oynamağa çalışırsınız. Və əmin olun ki, bu oyunda siz qalib olmayacaqsınız".