Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 16:00
Əməkdar artist Bəsti Sevdiyeva yeni doğulan nəvəsi Ayasofyadan danışıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində "Niyə uşağa öz adını qoymadın" sualını cavablandırıb.
"İstəmədim, özüm qoymadım. Özləri nə istəyir onu etsin" deyə, ifaçı bildirib.
B.Sevdiyeva Rusiyada məşhurlaşan Hammali ilə qohumluq münasibətlərindən bəhs edib:
"Hammalinin qardaşı Səməddinlə mənim oğlum bacanaqdır. Ayasofyanın anadan olmasının 40 günündə xalasının toyu olub. Deyiblər ki, uşağı da toya gətirin, orada qeyd edək".
Qeyd edək ki, Ayasofya ifaçının oğlu Ayxanın qızıdır.