Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2019 00:32
Türkiyə Superliqasında 3-cü tura start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. "Kasımpaşa" "Ankaragücü"nü qəbul edib və 0:1 hesabı ilə uduzub.
Turun digər qarşılaşmasında "Qalatasaray" "Kayserispor"un qonağı olub. Görüşdə hesabı 37-ci dəqiqədə "Qarabağ"ın sabiq üzvü və bu ay "Kayserispor"a keçən Pedro Enrike açıb. Ancaq o, 74-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Komandası isə üstünlüyünü sona kimi qoruya bilməyib. Yekun nəticədə "Cim-Bom" 3:2 hesabı ilə qalib gəlib.
30 avqust
"Kayserispor" - "Qalatasaray" - 2:3
Qollar: Pedro, 37 (1:0), Belhanda, 66-pen (1:1), Babarl, 87 (1:2), Bulut, 90+1 (2:2), Adem Büyük, 90+8 (2:3)
Qırmızı vərəqələr: Abdennour, 65-ikinci sarı vərəqə, Pedro, 74-ikinci sarı vərəqə, Bulut, 90+4-ikinci sarı vərəqə (hamısı "Kayserispor"), Emre Mor, 89-ikinci sarı vərəqə ("Qalatasaray")
"Kasımpaşa"- "Ankaragücü" - 0:1
Qol: Parlak, 23