Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmunitet, bədən zəifliyi, vitamin, mineral çatışmazlığı ÇARƏsi

İmmunitet, bədən zəifliyi, vitamin, mineral çatışmazlığı  ÇARƏsi

Tarix: 28 Dekabr 2021 07:21

Bu məcun həm çox dadlı, həm də faydalıdır. Məcunun o qədər zəngin bir tərkibi vardır ki, saymaqla tükənməz.

Məcun imunniteti əhəmiyyətli dərəcədə artırır, artıq istifadədən 3 gün sonra təsirini hiss etməyə başlayacaqsınız. Gözlərin görməsini yaxşılaşdırır, ürəyin ritmini və vurma gücünü qüvvətləndirir, qan azlığı, başgicəllənmə üçün faydalıdır, adamı tox tutur, kalsium çatışmazlığı üçün faydalıdır, tərkibində sellüloza çox olduğundan bağırsaqların düzənli işləməsini təmin edir. Məcun başdan-başa antioksidantdır, xərçəngin profilaktikası üçün faydalıdır.

Lazım olanlar:

- Xurma - 300 qram

- Əncir - 300 qram

- Qara kişmiş - 300 qram

- Qoz - 300 qram

- Nar şirəsi - 1 stekan

- Bal - 1 stekan

Deməli əvvəlcə nəzərinizə çatdırım ki, meyvələr quru olmalıdır, meyvələr və qoz kombaynda üyüdülür, bal ilə nar şirəsi bir-birinə qarışdırılır, sonra hamısı bir-birinə yaxşı-yaxşı qarışdırılır, şüşə balona tökülür, ağzı kip bağlanılır. Məcundan Böyüklər gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı, uşaqlar isə bir çay qaşığı yeyə bilərlər. Məcun soyuq yerdə saxlanılmalıdır, 20 gün müddətində yeyilib qurtarmalıdır. Dadı xoşagələndir.


Etiketlər:  İmmunitet bədən zəifliyi vitamin mineral çatışmazlığı ÇARƏsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ