Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı jurnalist pəncərədən düşərək ölüb

Rusiyalı jurnalist pəncərədən düşərək ölüb

Tarix: 28 Dekabr 2021 08:50

Moskvada jurnalist, Sputnik və Poqrom" saytının yaradıcısı Yeqor Prosvirnin  pəncərədən düşərək dünyasını dəyişib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, 35 yaşlı jurnalist hadisə baş verən zaman narkotikin təsirində olub. İstintaq Yeqorun ölümü ilə bağlı iki versiya üzərində çalışır: intihar və ya bədbəxt hadisə. Qonşularının dediyinə görə, jurnalist ölümündən əvvəl pəncərədən yerə bıçaq və bibər qazı atıb.

Hadisə baş verən zaman Prosvirnin kirayədə qaldığı mənzildə tək olub. İlkin ekspertiza məlumatları göstərib ki, mərhumun bədənində hər hansı zədə aşkar edilməyib.


Etiketlər:  Rusiyalı jurnalist pəncərədən düşərək ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ