Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo bütün zamanların ən yaxşı bombardiri seçildi

Ronaldo bütün zamanların ən yaxşı bombardiri seçildi

Tarix: 28 Dekabr 2021 08:54

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi "Globe Soccer Awards" versiyasına əsasən, Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo bütün zamanların ən yaxşı bombardiri seçilib.

36 yaşlı hücumçu bu il 46 qol vurub, həmçinin peşəkar karyerasında 800-cü dəfə fərqlənib. Ronaldodan bu il yalnız Kərim Benzema (47), Kilian Mbappe, Erlinq Haaland (hər biri 49) və Robert Levandovski (69) daha çox qol vurub.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin avqustundan "Mançester Yunayted"də oynayır.

Milli.Az


Etiketlər:  Ronaldo bütün zamanların ən yaxşı bombardiri seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ